Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir A.Axundov/
"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının aktivlərinin keyfiyyətinin yaxşılaşdığını və ölkənin bank sektorunun sabitliyinin saxlandığını bildirir.
Trend-in məlumatına görə, bu barədə agentliyin Azərbaycanın bank sistemi ilə bağlı hesabatında (Banking System Outlook: Azerbaijan) deyilir.
Hesabatda əlverişli əməliyyat mühitinin mövcud olduğu, risklərin absorbsiyası üçün bankların kifayət qədər kapitallaşdığı və gəlirlərin yüksəldiyi qeyd olunur:
"Makroiqtisadi şərait əvvəlki kimi əsas faktor olaraq qalacaq. Bu, bizə yaxın 12-18 ay üçün stabil proqnoz verməyə imkan verir. Bizim proqnozlarımıza görə, Azərbaycanın ÜDM-i 2013-cü ildə 3,5 faiz (2012-ci ildə 2,2 faiz) artacaq".