Azərbaycan, Bakı, 18 iyul /Trend/
2013-cü ilin iyun ayında əvvəlki ayla müqayisədə Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dəmiryol nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 4,8 faiz, tranzit üzrə 1,0 faiz bahalaşıb, yerli əlaqə üzrə 2,1 faiz, ixrac üzrə isə 1,9 faiz ucuzlaşıb. Beynəlxalq əlaqə üzrə dəmiryol nəqliyyatında sərnişindaşıma tarifləri 10,3 faiz bahalaşıb.
Hava nəqliyyatında digər xarici ölkələrə sərnişindaşıma tarifləri 0,8 faiz bahalaşıb, MDB ölkələrinə isə 1,6 faiz ucuzlaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8 faiz bahalaşıb.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 7,5 faiz, yerli əlaqə üzrə isə 7,4 faiz ucuzlaşıb.