...

Azərbaycanda istehlak deflyasiyası 1,1 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2013 18:11 (UTC +04:00)
2013-cü ilin iyun ayında ərzaq məhsullarının qiymətlərinin 2,6 faiz ucuzlaşması, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması və qeyri-ərzaq mallarının qiymətlərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,1 faiz ucuzlaşmasına səbəb olub.
Azərbaycanda istehlak deflyasiyası 1,1 faiz təşkil edib

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir E.Əliyev/

2013-cü ilin iyun ayında ərzaq məhsullarının qiymətlərinin 2,6 faiz ucuzlaşması, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,1 faiz bahalaşması və qeyri-ərzaq mallarının qiymətlərinin əvvəlki ayla eyni səviyyədə qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,1 faiz ucuzlaşmasına səbəb olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində un, qarabaşaq yarması, mal əti, toyuq əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, yağlı kəsmik, kərə yağı, zeytun yağı, banan, armud, albalı və gilas, alça, ərik, şaftalı, qarpız, kələm, xiyar və pomidor, bibər, badımcan, göy lobya, çuğundur, kök, soğan, sarımsaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, qoyun əti, kolbasa məmulatları, xama, yumurta, qarğıdalı yağı, alma, limon, çiyələk, şabalıd və göyərtinin qiymətlərində isə bahalaşma müşahidə olunub.

İyun ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı və ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti