Azərbaycan, Bakı, 29 iyul /Trend/
"Unibank"ın endirimli təmir krediti müştərilər arasında böyük maraqla qarşılanıb. Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, artıq hər kəs evin təmiri üçün lazım olan məbləği bankdan götürə bilər.
"Unibank"dan təmir krediti maksimal məbləği 7500 manat olmaqla, 48 ay müddətinə və 3% endirimlə verilir. Zaminsiz və arayışsız olan təmir kreditlərini götürən müştərilərə "Unibank"ın xidmətlərindən müəyyən güzəşt hüququ verən Üzvlük kartı da təqdim olunacaq. Müxtəlif peşə sahibləri də "Unibank"ın endirimli kreditlərindən faydalana bilərlər.
Qeyd edək ki, "Unibank" nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddi 70-dir. "Unibank"dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğlərinə və əmək stajlarına heç bir tələb qoyulmur.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.
Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz korporativ və ya şəxsi elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.
Qeyd edək ki, "Unibank"da kredit ödənişləri çox asan olub. İndi bütün "Unibank" müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, "Unibank"ın cash-in öəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.