...

“AtaBank” ASC bankomat şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2013 12:37
“AtaBank” ASC filial şəbəkəsi ilə yanaşı bankomat şəbəkəsinin də genişləndirilməsinə xüsusi diqqət yetirir. Bank yeni ünvanda müştərilərin rahatlığı üçün bankomatlar yerləşdirib.
“AtaBank” ASC  bankomat şəbəkəsini genişləndirir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 avqust /Trend

"AtaBank" ASC filial şəbəkəsi ilə yanaşı bankomat şəbəkəsinin də genişləndirilməsinə xüsusi diqqət yetirir. Bank yeni ünvanda müştərilərin rahatlığı üçün bankomatlar yerləşdirib. Bu barədə cümə axşamı Trend-ə bankdan məlumat verilib.

Bankomatların biri Mingəçevir şəhərində M.Maqomayev pr., 16/2 ünvanda yerləşən "5+ market"-ndə o biri isə Bakı şəhəri ünvanda yerləşən Sanqaçal qəsəbəsində "AAC" zavodunda quraşdırılaraq müştərilərin ixtiyarına verilmişdir. Hazırda bankın fəaliyyət göstərən ATM-lərinin sayı 77 ədəd təşkil edir. Onlardan 3-cü səyyar bankomatlar olan "AtaMatik" Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində müştərilərin xidmətindədir.

"AtaBank" ASC-nin 24 filialı fəaliyyət göstərir. Onlardan 12-i Bakı şəhərində, 12-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şırvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" ASC-nın bankomatları siyahısı: http://atabank.com/index.php?sid=130

Məqalədə:
Xəbər lenti

Xəbər lenti