...

Bakıda saxta şotka-daraq satıcısı barəsində iş qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2013 15:48 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mişiyev Rövşən Adil oğluna məxsus mağazada aparılan yoxlama zamanı satışda “Baş Keçid Company” MMC-yə məxsus “Rodeo” əmtəə nişanının təqlidi olan və mənşəyi məlum olmayan saxta şotka-daraqlar aşkar edilib.
Bakıda saxta şotka-daraq satıcısı barəsində iş qaldırılıb

Azərbaycan, Bakı, 7 avqust /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mişiyev Rövşən Adil oğluna məxsus mağazada aparılan yoxlama zamanı satışda "Baş Keçid Company" MMC-yə məxsus "Rodeo" əmtəə nişanının təqlidi olan və mənşəyi məlum olmayan saxta şotka-daraqlar aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aşkar edilmiş 244 ədəd "Rodeo" əmtəə nişanlı saxta şotka-daraqlar satışdan çıxarılıb.

Haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən fiziki şəxs Rövşən Mişiyev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti