...

Azərbaycanın polad istehsalçısı istehsal gücünü artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2013 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir E.Əliyev/

Azərbaycanın polad istehsalçısı "Baku Steel Company" MMC bu ilin sentyabr ayında istehsal güçünün 1,1 milyon ton məhsula çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə müəssisənin rəhbəri Rasim Məmmədovun çərşənbə günü "Xalq Qəzeti"ndə dərc olunan müsahibəsində bildirilir.

Məmmədovun sözlərinə görə, zavod ərazisində geniş miqyaslı yenidənqurma işləri aparılır:

"Hazırda zavodda dünya standartlarına cavab verən nəhəng laboratoriya qurulub. Zavod Almaniya, İtaliya, İspaniyadan gətirilmiş müasir avadanlıqlarla təchiz edilib. Yenidənqurma işlərindən sonra bu ilin 25 sentyabr tarixində illik istehsal gücü 1 milyon 100 min ton olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti