...

AZAL Bakı-Gəncə-Bakı reyslərinin sayını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2013 16:00 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 27.08.2013-cü il tarixindən etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə gündəlik uçuşlara başlayıb.
AZAL Bakı-Gəncə-Bakı reyslərinin sayını artırıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 27.08.2013-cü il tarixindən etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə gündəlik uçuşlara başlayıb. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.

Məlumatda deyilir ki, J2 239/240 saylı Bakı-Gəncə-Bakı reysləri həftənin bütün günləri komfortlu E-170 tipli təyyarələrlə həyata keçiriləcək. Eyni zamanda, region sərnişinlərinə daha komfortlu şərait yaratmaq məqsədilə AZAL həftədə üç dəfə Gəncə-Naxçıvan-Gəncə reyslərini də həyata keçirir.

Bir tərəfə olan aviabiletlərin qiyməti Bakı-Gəncə - 30 AZN, Gəncə-Naxçıvan - 39 AZN təşkil edir.

Ətraflı məlumat üçün: + (99412) 598-88-80; *8880

Məqalədə:
Xəbər lenti

Xəbər lenti