...

Kanadanın “Bombardier” şirkəti Azərbaycanda dəmir yollarının siqnal sistemini modernləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2013 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.İsmayılov/

Kanadanın maşınqayırma korporasiyası "Bombardier" Bakı-Böyük Kəsik dəmiryolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-lə müqavilə imzalayıb. Trend-in məlumatına görəö, bu barədə şirkətin rəsmi internet saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, sazişin ümumi dəyəri 288 milyon dollar təşkil edir.

Yeni siqnal avadanlıqlarının quraşdırılacağı Bakı-Böyük Kəsik xəttinin uzunluğu 503 kilometr təşkil edir.

İşlərə layihələndirmə, istehsal, çatdırılma, montaj, yoxlama və xətt üzrə "İnterflo 200" siqnal sisteminin istismara verilməsi daxildir. Sistemin tətbiqi dörd mərhələdə həyata keçiriləcək, prosesin özü isə tam olaraq 2017-ci ildə başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti