...

DSMF-nin mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri barədə elektron məlumatlar toplanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2013 11:56 (UTC +04:00)
Azərbaycan Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə bağlı görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əsas fəaliyyət istiqamətləri tam elektronlaşdırılıb. Hazırda DSMF “elektron hökumət” proqramının ən fəal iştirakçısılarından biridir və Fondun əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 21-ə çatıb.
DSMF-nin mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri barədə elektron məlumatlar toplanılıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycan Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə bağlı görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əsas fəaliyyət istiqamətləri tam elektronlaşdırılıb. Hazırda DSMF "Eektron hökumət" proqramının ən fəal iştirakçısılarından biridir və Fondun əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 21-ə çatıb.

DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan Trend-ə daxil olan məlumata görə, "Elektron hökumət" portalının statistikasına əsasən, Fondun yerinə yetirdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. Əhalinin daha çox yararlandığlı elektron xidmətlər sırasına "Pensiya kapitalı barədə məlumat", "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi", "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi", "Pensiya kalkulyatoru", "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi" adlı xidmətlər daxildir. 2013-cü il ərzində Elektron Hökumət Portalına (www.e.gov.az) daxil olmalardan, yəni 325 064-dən 83 778-i Dövlət Sosial Müdafiə Fondunun (DSMF) saytlarından (www.dsmf.gov.az, www.sspf.gov.az) yönlənmələrin hesabına olub.

Bundan başqa, Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatı tətbiq olunmaqdadır. Bu elektron xidmət pensiyaçıların ən çox müraciət etdiyi xidmətlərdən biridir və artıq 2 ay ərzində 356 nəfərə bu sistem vasitəsilə pensiya təyinatı aparılıb.

İnformasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF-nin bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. DSMF-nin mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri, yəni 1 milyon 270 min nəfər pensiyaçı və fərdi hesab açılmış 2 milyon 581 min nəfər sığortaolunan barədə elektron məlumatlar toplanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti