...

Bakıda yeni "Fresco" supermarketi açıldı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2013 10:00 (UTC +04:00)
Azərbaycan paytaxtının bir çox sakinlərinin sevdiyi Fresco supermarketlər şəbəkəsi sentyabr ayında BakınınYasamal rayonunda yeni mağazasını açır.
Bakıda yeni "Fresco" supermarketi açıldı (FOTO)

Azərbaycan paytaxtının bir çox sakinlərinin sevdiyi Fresco supermarketlər şəbəkəsi sentyabr ayında BakınınYasamal rayonunda yeni mağazasını açır.

Geniş məhsul çeşidi

Yeni supermarketdə Fresco şəbəkəsinin digər mağazalarında olduğu kimi təzə ərzaq məhsullarının geniş çeşidi təqdim olunacaq.Yetişmiş meyvə və tərəvəzlər, təzə ət, akvariumda saxlanılan diri balıq, hazır bişirilmiş məhsullar, salatlar və bir çox məhsullar alıcıların yolunu gözləyəcək.

Azərbaycanda istehsal olunmuş və xaricdən idxal olunmuş məhsulların geniş çeşidi ən tələbkar ağzının dadını bilənlərində zövqünü təmin edəcək. Mağazanın piştaxtasında isti bişirilmiş məhsullar, orijinal məzələr, delikateslər, seçmə şərab və konyak növləri təqdim olunacaq.

Avropa keyfiyyət standartları

Yeni Fresco supermarketi Avropa keyfiyyət standartlarına uyğun gələnən müasir pərakəndə satış texnologiyalarından istifadə edir. Piştaxtalarınz onalar üzrə düzgün yerləşdirilməsi alıcılara mağazada uzun-uzadı gəzib dolaşmadan lazımi məhsulu tez tapmasına şərait yaradacaq.

Zalın rahat atmosferi və satıcıların mehriban münasibəti sərbəst şəkildə alış-veriş etməyə və supermarketdə keçirilmiş vaxtdan zövq almağa imkan verəcək.

Xüsusi qiymətlər və aksiyalar

18 sentyabr tarixində, supermarketin açılış günündə bütün malları xüsusi qiymətə almaq mümkün olacaq. Bundan əlavə, alıcıları sərfəli aksiyalar və hədiyyələr gözləyir.

Həmçinin, Fresco supermarketlər şəbəkəsi öz loyal müştəriləri üçün güzəşt-yığım kartları sistemini də tətbiq edib. Həmin kartların köməyi ilə supermarketin alıcıları aldıqları mallara görəbonuslar qazanır. Həminbonuslar Frescodan növbətidəfə güzəştli alış-veriş etməyə imkan yaradır.

Arayış: Fresco - Azərbaycan bazarında əlçatan və tələbkar istehlakçı üçün keyfiyyətli brend kimi tanınan supermarketlər şəbəkəsidir. Sayca üçüncü olan yeni Fresco supermarketi Azərbaycan bazarında 2010-cu ildən fəaliyyət göstərən AzeriRetail şirkətinin ticarət şəbəkəsinə daxildir.Yeni supermarketlər üçün əsas dəyərlər məhsulların təzəliyi, innovasiyalar, keyfiyyət, işçilərin mehriban münasibəti və əla qiymətlərdir.

Yeni Fresco supermarketinin ünvanı:

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 39.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti