...

EY dünyanın peşəkar xidmətlər sahəsində ən cəlbedici işəgötürəndir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2013 18:39 (UTC +04:00)
EY dünyanın peşəkar xidmətlər sahəsində ən cəlbedici işəgötürəndir və “Universum” şirkətinin “Dünyanın Ən Cəlbedici İşəgötürəni” adlı illik reytinqində ümumilikdə ikinci ən cəlbedici işəgötürəndir.

EY dünyanın peşəkar xidmətlər sahəsində ən cəlbedici işəgötürəndir və "Universum" şirkətinin "Dünyanın Ən Cəlbedici İşəgötürəni" adlı illik reytinqində ümumilikdə ikinci ən cəlbedici işəgötürəndir.

ÜDM üzrə dünyanın ən iri 12 iqtisadiyyatın aparıcı təhsil müəssisələrinin biznes fakültələrindən təxminən 94,000 tələbələrin seçimlərinə əsasən EY hazırda dünyanın ikinci ən cəlbedici işəgötürən və peşəkar xidmətlər sahəsində aparıcı təşkilatlar tərəfindən ən çox seçilən şirkətdir.

On iki bazardan altısında peşəkar xidmətlər sahəsində aparıcı təşkilat kimi qiymətləndirilməklə yanaşı EY həmçinin Avstraliya, Kanada, Fransa, Almaniya, Hindistan, İtaliya, Rusiya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarında ümumilikdə on beş aparıcı işəgötürənlərdən biri kimi göstərilir.

"Biz EY-ı böyük nailiyyətə görə təbrik edirik. Tələbələr tərəfindən ideal işəgötürən hesab olunmaq qeyd edilmək üçün böyük bir səbəbdir. Baş İcraçı Direktor kimi mən peşəkarları cəlb etməyin, onların işə götürməyin və işdə saxlamağın dəyərini başa düşürəm. EY bu sahədə üstünlük təşkil edir və beləliklə də istedadların sayına görə digər şirkətləri üstələyir" deyə "Universum"un Baş İcraçı Direktoru Peter Nylander söylədi. "Biz "Universum"un bu ilki reytinqində dünyanın peşəkar xidmətlər sahəsində ən cəlbedici işəgötürən və ümumilikdə ikinci ən cəlbedici işəgötürən kimi göstərildiyimizə görə məmnunuq və şərəf hissini duyuruq", deyə EY-ın Qlobal Sədri və Baş İcraedici Direktoru Mark Vaynberq söylədi. "EY-da biz istedadlı insanları cəlb etmək, onları inkişaf etdirmək, ilhamlandırmaq və gələcəyin liderlərini inkişaf etdirmək ideyasına sadiqik, bu isə məqsədimiz olan daha yaxşı işgüzar dünyanın qurulmasının əsasıdır".

EY-ın Qlobal İdarəedici Partnyoru Mayk Cullen əlavə etdi: "Mən "dünyanın peşəkar xidmətlər sahəsində ən cəlbedici işəgötürən" nüfuzunun qurulmasında köməklik göstərmiş 170,000 əməkdaşlarımızı təbrik etmək istərdim. Bizim ən dəyərli töhfəmiz bütün dünyada yüksək iş nəticələri göstərən komandalarımızdır və biz bütün işçilərimizə müstəsna təcrübələri təklif etməklə işəgötürən brendini inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyik."

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. İstifadə etdiyimiz biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə dünyanın kapital bazarları və iqtisadiyyətlərə dair inam və etibarı yaratmağa kömək edir. Bütün maraqlı tərəflərimizə verdiyimiz sözləri yerinə yetirmək üçün komanda şəklində toplaşan görkəmli liderləri inkişaf etdiririk. Belə etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının yaradılmasında əhəmiyyətli rol oynayırıq.

EY, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Vladivostok, Almatı, Astana, Atırau, Kiyev, Donesk, Daşkənd, Tbilisi və digər şəhərlərdə yerləşən 19 ofisdə 4500 peşneəkar çalışır.

EY şirkəti EY Global Limited qlobal şirkətlər qrupunun bir üzvüdür. Bu şirkətlərin hər biri ayrıca hüquqi şəxsdir. EY Global Limited, Böyük Britaniyanın məhdud məsuliyyətli şirkəti olaraq, müştərilərə xidmət göstərmir.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

"Universum" haqqında

"Universum" işəgötürənlərin brendi sahəsində ixtisaslaşan beynəlxalq şirkətdir. 1998-ci ildə təsis olunmuş bu şirkətin məqsədi tələbələr və onları işə götürmək istəyən işəgötürənlər arasında əlaqəni yaxşılaşdırmaq olmuşdur. Hal-hazırda "Universum"un missiyası işəgötürənlərə öz işəgötürən brendinin yaxşılaşdırılması vasitəsilə işə götürmə və işdə saxlama sahələrində digər işəgötürənlərdən üstün olmağa kömək etməkdir. "Universum" işəgötürənlərə cari və gələcək ideal işçilərini daha yaxşı başa düşmək, cəlb etmək və saxlamaqda kömək etmək üçün araşdırma, strateji məsləhət və əlaqə ilə bağlı həll yolları sahəsində bütün xidmətləri göstərir. "Universum" 1,200 müştərinin, o cümlədən bir çox Fortune 500 şirkətlərin etibarlı partnyorudur və istedadlı tələbələrin üstünlük verdiyi karyera və işəgötürənlər üzrə araşdırmanı aparmaq üçün dünyanın 1,500 universiteti ilə əməkdaşlıq göstərir. "Universum" hər il dünyanın 400,000 tələbə və peşəkarlar arasında sorğu keçirir.

Daha ətraflı məlumatla www.universumglobal.com ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti