Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Bakıda yalnız tikinti avadanlıqlarının satışı üzrə ixtisaslaşmış modern ticarət mərkəzi açılacaq. Universal Az şirkətinin nəhəng layihəsi olan bu proyektin məqsədi tikinti sektorunda fəaliyyət göstərən şirkətlərə keyfiyyətli və orijinal alət və avadanlıqlar təqdim etməkdir.
Bununla, Universal Az tikinti sektorunda bazar alış-verişindən elitar şoppinq təcrübəsinin yaradılması mərhələsinə addım atır. Əhməd Rəcəbli küçəsi, 19 ünvanında açılacaq yeni 6 mərtəbəli ticarət mərkəzi Azərbaycanda bu formatda ilk olacaq. Technomall adlanan ticarət mərkəzi keyfiyyəti özünə başlıca üstünlük sayan tikinti şirkətlərinin orijinal avadanlıqlara ehtiyacını ödəyəcək. Şirkətlər xarici ölkələrdən sifariş etmədən, Universal-ın rəsmi təqdim etdiyi 20-yə yaxın brendin - Bosch, Beta, Stanley, Norton, Telwin, Magmaweld, Kleiberit, Henkel, Mark, Chicago Pneumatic, Çağsan Merdiven, Rothenberger, Turan Makina və başqalarının məhsullarını Technomall-dan öncəkindən daha sərfəli qiymətlərə əldə edə biləcəklər. Yeni ticarət mərkəzinin açılışından sonra Universal Dərnəgül şossesi, Ziya Bünyadov prospekti 2075 ünvanında yerləşən mağazasını bağlamaq niyyətində olduğunu bildirib. Yaxın günlərdə Technomall-un təntənəli açılışı gözlənilir.