...

Azərbaycanda fəaliyyət göstərən PR şirkətləri “PRAVDA Awards” müsabiqəsinə dəvət olunurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2013 11:11 (UTC +04:00)
Bu ilin sentyabrın 1-dən oktyabrın 28-dək “PRAVDA Awards 2013” müsabiqəsinə PR layihələrin qeydiyyatı keçirilir.
Azərbaycanda fəaliyyət göstərən PR şirkətləri “PRAVDA Awards” müsabiqəsinə dəvət olunurlar

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Bu il sentyabrın 1-dən oktyabrın 28-dək "PRAVDA Awards 2013" müsabiqəsinə PR layihələrin qeydiyyatı keçirilir.

Bu il qalib olmaq şansına ən çox azbüdcəli layihələr malikdir ki, həmin layihələr agentliklər tərəfindən təmənnasız yerinə yetirilib. Bunun üçün müsabiqənin Təşkilat Komitəsi iki nominasiyanı iki yerə bölüb: "İri layihələr", "Kiçik və azbüdcəli lfyihələr", həmçinin üçüncü nominasiyanı əlavə edib - "Pro-bono layihələr" (təmənnasız peşəkar yardım). Bundan başqa, "PRAVDA Awards" çərçivəsində ilk dəfə olaraq ən yaxşı digər PR müsabiqələrin və PR sahəsində trend və sənaye üçün ilin yekunları müzakirə olunacaq. Sözügedən müsabiqə bundan öncə heç vaxt bu qədər dolğun və məlumatlı olmayıb.

"PRAVDA Awards" müsabiqəsinə Azərbaycanda fəaliyyət göstərən PR şirkətləri də dəvət olunurlar. Müsabiqədə iştirak etmək istəyənlər "PRAVDA Awards"ın rəsmi internet səhifəsində qeydiyyatdan keçə bilər - www.pravdaawards.org.ua.

"PRAVDA Awards" müsabiqəsinə layihələr növbəti nominasiyalar üzrə təqdim oluna bilər:

1. "Ən kreativ layihə":
a. "İri layihələr" kateqoriyası (vergilər istisna olaraq büdcəsi 15 min avrodan artıq)
b. "Kiçik və azbüdcəli layihələr" kateqoriyası (vergilər istisna olaraq büdcəsi 15 min avrodan az)
2. "Ən effektiv layihə":
a. "İri layihələr" kateqoriyası (vergilər istisna olaraq büdcəsi 15 min avrodan artıq)
b. "Kiçik və azbüdcəli layihələr" kateqoriyası (vergilər istisna olaraq büdcəsi 15 min avrodan az)
3. Pro-bono layihələr - təmənnasız yerinə yetirilən layihələr.

Bu il "PRAVDA Awards" ən uğurlu PR layihələrin müzakirə meydançasına çevriləcək. Müvafiq olaraq, müsabiqə proqramı iki bloka bölünəcək:

Gündüz bloku:

• "PRAVDA Awards"ın qısa siyahısına düşən layihələrin müdafiəsi.
• Ən yaxşı PR müsabiqələrin və PR sahəsində trend və sənaye üçün ilin yekunlarının müzakirəsi. Müzakirələr müsabiqənin münsiflər heyətinin üzvləri aparacaq (ötən ilin "PRAVDA Awards" müsabiqəsinin ən yaxşı layihələri, həmçinin xarici PR müsabiqələr və PR nominasiyalar).
• Münsiflər heyətinin üzvləri tərəfindən "Workshop": işlərin keyfiyyəti, PR müsabiqələrində necə qalib gəlmək, "effektivlik"/"kreativlik" nədir.

Axşam bloku:

• Qaliblərin mükafatlandırılma mərasimi.
• Furşet.

"PRAVDA Awards"ın qısa siyahısına düşən layihələrin müdafiəsi və mükafatlandırma mərasiminin keçirilmə tarixi - 25 noyabr 2013-cü il.
Yer - Müasir İncəsənət Mərkəzi М-17.

"PRAVDA Awards"ın Təşkilat Komitəsinin rəhbəri İrina Zolotareviç: "Müsabiqəmizin dəyişməz vəzifəsi - yerli PR sahəsinin qarşısında bir il öncədən məqsəd qoymaqdır. Əvvəllər biz bunu müsabiqəyə təqdim olunan ən yaxşı layihələrin seçilməsi ilə həyata keçirirdik. Lakin bu il "PRAVDA Awards"ın Təşkilat Komitəsi müzakirə diapazonunu genişləndirmək qərarına gəldi. Münsiflər heyətinin üzvləri müsabiqə iştirakçılarına digər müsabiqələrin işlərini də təqdim edəcək ki, bu işlər Ukraynanın PR sahəsinin simasını formalaşdıra bilər. Şübhəsiz ki, bu cür yanaşma PR sahəsində aktual trendlərin dəqiq müəyyənləşdirilməsinə imkan yaradacaq. Bu da, öz növbəsində, bizim dinamik bazar üçün aktual məsələlərdəndir".

Müsabiqədə iştirakla bağlı daha ətraflı məlumatı "PRAVDA Awards"ın internet səhifəsində əldə etmək olar - www.pravdaawards.org.ua. Müsabiqəyə hazırlıq və müsabiqə barədə məlumatlarla "PRAVDA Awards"ın "Facebook" və "Twitter"dəki rəsmi səhifələrdə tanış olmaq mümkündür.

ARAYIŞ

"PRAVDA Awards" PR layihələri müsabiqəsi - ictimayyətlə əlaqələr sahəsində Ukraynanın nüfuzlu müsabiqələrindən sayılır ki, bu müsabiqə 2006-cı ildən etibarən İctimaiyyətlə əlaqələr üzrə Ukrayna Assosiyası (UARP) tərəfindən keçirilir. Münsiflər heyəti aparıcı yerli və xarici mütəxəssislərlə yanaşı, şirkət və agentlik nümayəndələrinin bərabər halda təmsil olunma şərti ilə formalaşır. Layihələrin açıq müdafiəsi və qaliblərin mükafatandırılma mərasimi Avropa PR-Konqresi çərçivəsində keçirilir.

UARP beynəlxalq ictimai təşkilatının əsas məqsədi PR sahəsində peşəkar standartların tətbiqidir. Assosiasiya özünün Peşəkar Etika Məcəlləsi əsasında fəaliyyət göstərir. UARP-ın əsas layihələri: Avropa PR konqresi, "PRAVDA Awards" PR layihələri müsabiqəsi, Ukraynanın PR bazarının tədqiqi, UAPR-Akademiya, PR Emalatxanası, Sərhədsiz PR.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti