...

Bakı Fond Birjası ticarət imkanlarını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2013 17:15 (UTC +04:00)
Bakı Fond Birjası (BFB) beynəlxalq maliyyə bazarlarında aktiv ticarət əməliyyatlarının aparılmasına imkan verən "Meta Trader 4" ticarət platformasından istifadə və üçüncü tərəflərə təqdim etmək hüquqlarını əldə edib.
Bakı Fond Birjası ticarət imkanlarını genişləndirir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Əliyev/

Bakı Fond Birjası (BFB) beynəlxalq maliyyə bazarlarında aktiv ticarət əməliyyatlarının aparılmasına imkan verən "Meta Trader 4" ticarət platformasından istifadə və üçüncü tərəflərə təqdim etmək hüquqlarını əldə edib.

Birjadan Trend-ə verilən məlumata görə, bununla da BFB fərdi və institusional investorlara bu platforma üzərindən FOREX ticarəti, həmçinin qiymətli metallar və digər əmtəələr üzrə fərq müqavilələrinin (CFD) bağlanması imkanını təklif edir.

BFB-nin təklif etdiyi yeni ticarət sistemi qabaqcıl texnoloji xüsusiyyətlərə malik olmaqla yanaşı, yerli maliyyə bazarları iştirakçılarının tələblərinə tam olaraq uyğunlaşdırılıb. Platformanın hazırlanması zamanı istifadə olunmuş mütərəqqi texniki həllər məlumatların qorunması və təhlükəsizliyi, sistemin dayanıqlı fəaliyyəti, həmçinin hesablaşmaların ölkə daxilində həyata keçirilməsinə imkan verir.

Yeni sistem vasitəsilə investorlar maliyyə alətləri ilə 5 gün 24 saat ərzində fasiləsiz ticarət etmək imkanı əldə edəcək və ticarətin likvidliyi müvafiq market-meykerler tərəfindən təmin ediləcək. Platformanın tətbiqi gələcəkdə Azərbaycanda bütün növ maliyyə alətlərinin qabaqcıl texnologiyalara əsaslanan vahid platforma üzərindən ədalətli, şəffaf və çevik ticarəti üçün şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti