...

Azərbaycan tikinti sektorunda ilk Mall istifadəyə verildi (FOTO, VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2013 15:00 (UTC +04:00)
Azərbaycan tikinti sektorunda yeni formatlı ticarət mərkəzi açıldı. Technomall ölkədə sürətlə inkişaf edən bazar alış-verişini modern şopinqlə əvəzlədi.
Azərbaycan tikinti sektorunda ilk Mall istifadəyə verildi (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycan tikinti sektorunda yeni formatlı ticarət mərkəzi açıldı. Technomall ölkədə sürətlə inkişaf edən bazar alış-verişini modern şopinqlə əvəzlədi. Daha tikinti üçün professional alət və avadanlıqları müxtəlif yerlərdan axtarmağa ehtiyac olmayacaq - 6 mərtəbəli yeni ticarət mərkəzi keyfiyyətli məhsul təqdim edən dünyanın 20-yə yaxın məşhur brendini - Bosch, Beta, Stanley, Norton, Telwin, Magmaweld, Kleiberit, Henkel, Mark, Chicago Pneumatic, Çağsan Merdiven, Rothenberger, Turan Makina və başqalarını bir yerdə təqdim edir. Xüsusilə, tikinti şirkətləri və iri təchizatçılar üçün vacib olan Technomall-un açılışını Azərsun, Azərsu, Azəriqaz, Hidro-Park, Gilan İnşaat, İlk İnşaat, Azvirt, Socar və s. kimi iri şirkətlərin nümayəndələri alqışladılar.

"Technomall tək regionda deyil, bütün Avropada bu sahə üzrə ixtisaslaşmış yeganə ticarət mərkəzidir" - Almaniyanın Bosch şirkətinin regional nümayəndəsi Jordan Kostov yeni açılmış ticarət mərkəzindən təəssüratını belə ifadə etdi. Technomall-un açılışına toplaşmış yerli və beynəlxalq şirkətlərinin nümayəndələri 6 mərtəbəli binanın şatış zonalarını addım-addım dolaşdılar. Ticarət mərkəzindəki genişlik, bir-birindən fərqləndirilmiş bölmələr və onların təqdimatı, müştərilərə xidmət guşələri açılışa dəvət olunanların böyük marağına səbəb oldu. Technomall ilə qonaqları tanış edən Universal Az şirkətinin baş direktoru Ramin Nurulla ticarət mərkəzində bu sektor üçün çox vacib olan satışsonrası servisə geniş yer ayırıldığını bildirdi. Şirkət rəhbəri yeni Mall-da qiymətlərin Universal-ın əvvəlki mağazasındakı qiymətlərdən daha aşağı olduğunu qonaqların diqqətinə çatdırdı. "Belə bir modern satış mərkəzinin açılmasında tək bizim şirkətin deyil, həm də partnyorlarımızın və bizi daim qiymətləndirən müştərilərimizin böyük əməyi var" - Universal Az şirkətinin baş direktoru dedi. Fransanın Saint Gobain şirkətinin təmsilçisi Gentgen Jeorges Technomall-un gerçəkləşmiş xəyal olduğunu bildirdi və Universal Az şirkətinə müştərilərin etibarını bundan sonra da doğrultmağı arzuladı.

Qeyd edək ki, yeni ticarət mərkəzinin açılışı ilə Universal Az şirkəti Dərnəgül şossesi, Ziya Bünyadov prospekti 2075 ünvanında yerləşən mağazasını bağlayaraq, onu da Əhməd Rəcəbli küçəsi, 19 ünvanına - Technomall-a köçürmüşdür.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti