Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.Əliyev/
Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
BFB-dən Trend-ə verilən məlumata görə, hərracda 1 investor iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 5,094 milyon manat təşkil edib.
Sifariş 100.1167% qiymətdə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 milyon manat məbləğində müəyyən edilib.
İstiqraz vərəqələrinin ödəmə tarixi 23 avqust 2023-ci ildir.
Qeyd edək ki, indiyədək hərraca 5 milyon manat dəyərində istiqrazlar çıxarılıb, lakin tələbat təklifi 1,88 faiz üstələyib.