...

“AtaBank”da həyata keçirilən “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2013 11:18 (UTC +04:00)
"AtaBank"da həyata keçirilən "Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə" aksiyası davam edir.
“AtaBank”da həyata keçirilən “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası davam edir

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

"AtaBank"da həyata keçirilən "Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə" aksiyası davam edir.

Bazar ertəsi bankdan Trend-ə daxil olan məlumata görə, aksiyanın şərtlərinə əsasən, "AtaBank"ın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 20 min RUB məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 1 min AZN/ USD/EUR və ya 40 min RUB pul köçürənə və ya alana isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

500 -1000 manatlıq köçürmə üçün - 1 manat
1000 - 2000 manatlıq köçürmə üçün - 2 manat
2000 - 5000 manatlıq köçürmə üçün - 3 manat
5000 manatdan artıq məbləğdə köçürmə üçün - 5 manat

Hazırda bank öz müştərilərinə 10 növ sürətli pul köçürmə sistemi üzrə xidmət göstərir. Bunlar Western Union, Coinstar, Zolotaya Korona, Migom, Privat Money, Blizko, Xpress Money, Monex, Contact və Lider sürətli pul köçürmə sistemləridir.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti