...

Hacıqabul-Bəhramtəpə avtomobil yolunda yeni körpülər tikilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 16:19 (UTC +04:00)
Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 72,5 kilometrlik hissəsində işlər davam etdirilir.
Hacıqabul-Bəhramtəpə avtomobil yolunda yeni körpülər tikilir (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 72,5 kilometrlik hissəsində işlər davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günə qədər yolun 52,5 kilometrlik hissəsinə 2 qat asfalt-beton örtük döşənib. Demək olar ki, yol boyu torpaq işləri və boruların tikintisi başa çatdırılıb, 8 körpüdən 6-da isə işlər tamamlanmaq üzrədir.

Hazırda 2 körpünün tikintisi ilə yanaşı, yolun digər sahələrində əsasın alt layı, hamarlayıcı qatın və asfalt-beton örtüyünün salınması işləri gedir.

Qeyd edək ki, bu il avqustun 29-da Prezident İlham Əliyevin iştirakı ilə Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 50 km-lik Hacıqabul-Sabirabad hissəsinin açılış mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti