...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri dəyişməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 22:05 (UTC +04:00)
Azərbaycanda oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətlərinin 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 0,1 faiz bahalaşmasına, çoxillik bitkilərin istehsalçı qiymətlərinin isə 3,2 faiz ucuzlaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri dəyişməyib

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycanda oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətlərinin 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 0,1 faiz bahalaşmasına, çoxillik bitkilərin istehsalçı qiymətlərinin isə 3,2 faiz ucuzlaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, qarğıdalının 0,1 faiz, arpanın 2,7 faiz, xiyarın 2,2 faiz, pomidorun 0,5 faiz, bibərin 4,8 faiz, göyərtilərin 3,1 faiz, baş soğanın 0,9 faiz, kartofun 0,1 faiz, quru otun istehsalçı qiymətləri 3,0 faiz bahalaşıb, lobya dəninin istehsalçı qiymətləri 5,2 faiz, kələmin 1,3 faiz, baş sarımsağın 12,7 faiz, yoncanın istehsalçı qiymətləri isə 3,0 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 8,0 faiz, almanın 3,2 faiz, qozun istehsalçı qiymətləri 4,3 faiz ucuzlaşıb, armudun istehsalçı qiymətləri 11,5 faiz, üzümün 0,3 faiz, fındığın istehsalçı qiymətləri isə 11,6 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,9 faiz, yumurtanın istehsalçı qiymətləri 4,8 faiz ucuzlaşıb, mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,1 və 0,1 faiz, südün 0,7 faiz, quş ətinin (diri çəkidə) 1,7 faiz, balın istehsalçı qiymətləri isə 2,3 faiz bahalaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,7 faiz bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti