...

Mərkəzi Bankın "Tədqiqat bülleteni"nin üçüncü sayı hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2013 15:47 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının elektron nəşri olan rüblük “Tədqiqat bülleteni”nin üçüncü nömrəsi hazırlanıb.
Mərkəzi Bankın "Tədqiqat bülleteni"nin üçüncü sayı hazırlanıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının elektron nəşri olan rüblük "Tədqiqat bülleteni"nin üçüncü nömrəsi hazırlanıb.

Bankdan Trend-ə verilən məlumata görə, bülletendə üçüncü rübdə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin icmalı verilib, qlobal maliyyə bazarlarında vəziyyət və aparılan iqtisadi siyasətlər əks olunub.

Burada, həmçinin Latın Amerikası ölkələrinin mərkəzi banklarında modelləşdirmə və proqnozlaşdırma təcrübəsi, habelə inkişaf iqtisadiyyatı üzrə ən son tədqiqatların nəticələri və ödəniş sistemlərinin inkişafına dair yeniliklər öz əksini tapıb.

Bülletenin fundamental tədqiqatlar bölməsində Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan son tədqiqat işlərinin nəticələri haqqında da məlumat verilib.

Bülletenin üçüncü nömrəsi Azərbaycan Mərkəzi Bankının internet səhifəsində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti