...

Əli Məsimli: Azərbaycanda təhsilə ayrılan büdcə xərcləri ikiqat artırılmalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2013 17:36 (UTC +04:00)
2014-cü ilin dövlət büdcəsində təhsilə ayrılan xərclər ikiqat artırılmalıdır.
Əli Məsimli: Azərbaycanda təhsilə ayrılan büdcə xərcləri ikiqat artırılmalıdır

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.Əliyev/

2014-cü ilin dövlət büdcəsində təhsilə ayrılan xərclər ikiqat artırılmalıdır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda təhsilə ayrılan xərclərin payı ölkə ÜDM-nə nisbətdə təqribən 2,5 faiz təşkil edir: "Onun həcmini ÜDM-də 5-6 faizədək çatdırmaq lazımdır. Bu, mövcud sahənin inkişafını xeyli sürətləndirməyə imkan yaradardı".

Ə.Məsimli bildirib ki, müvafiq prinsipi müəllimlərin, tibb işçilərinin, alimlərin əməkhaqqısına da tətbiq etmək lazımdır: "Bu qrup vətəndaşların məvaciblərinin artırılması zəruriliyi ilə bağlı məsələ daim gündəlikdədir. Büdcə təşkilatlarının işçilərini layiqli yaşayışla təmin etmək lazımdır. Bunun üçün tələb olunacaq vəsaitlərin böyük həcmi nəzərə alınaraq, artırma mərhələli şəkildə həyata keçirilə bilər. Belə prinsipin tətbiq edilməsi nəticəsində müəllim və büdcə sahəsinin digər işçilərinin məvacibləri 800-1000 manatadək artacaq".

Qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsində təhsil xərcləri 1,6 milyard manat həcmində nəzərdə tutulub ki, bu da cari ilə planlaşdırılan həcmdən 12 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti