Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan kənd təsərrüfatı istehsalçıları üçün vergi güzəştlərinin vaxtını daha beş il müddətinə uzadıb.
Trend-in məlumatına görə, cümə günü Milli Məclis "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müvəqqəti vergi güzəştlərinin verilməsi haqqında" qanunda dəyişikliklər edib.
Dəyişikliklərə görə, 2014-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarının (o cümlədən, sənaye) istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər növbəti dəfə beş il müddətinə, torpaq vergisi istisna olmaqla bütün vergilərin ödənilməsindən azad olunurlar.
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçıları üçün vergi güzəştləri 2001-ci ildən tətbiq edilir.
Azərbaycanda 2001-ci ildən tətbiq edilən vergi güzəştləri kənd təsərrüfatı məhsulları istehsalçılarına 1,4 milyard manat vəsaitə qənaət etməyə imkan verib.
Bu dövrdə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 milyard manatdan 4,8 milyard manatadək artıb.