...

Qafqazda ilk dəfə “Gənc Təlimçilərin I Respublika Sərgisi” keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2013 11:30 (UTC +04:00)
Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Odlar Yurdu" Gənclər İctimai Birliyi və "Gənc Təlimçilər Məktəbi" nin təşkilati dəstəyi ilə " Gənc Təlimçilərin I Respublika Sərgisi " adlı fərdi layihə keçiriləcək.
Qafqazda ilk dəfə “Gənc Təlimçilərin I Respublika Sərgisi” keçiriləcək

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Odlar Yurdu" Gənclər İctimai Birliyi və "Gənc Təlimçilər Məktəbi" nin təşkilati dəstəyi ilə " Gənc Təlimçilərin I Respublika Sərgisi " adlı fərdi layihə keçiriləcək.

Trend-in məlumatına görə, Qafqazda ilk olan layihə çərçivəsində gənc təlimçilərin master-klasslarından ibarət sərgi olacaq. Novxanı Olimpik hotelində baş tutacaq sərginin əsas məqsədi, istedadlı və peşəkar olan yerli təlimçilərin şirkət və təşkilatlar arasında əlaqə yaratması, onların tanınması üçün şərait yaratmaqdır. "GəncTəlimçilərin I Respublika Sərgisi " geniş kütləni əhatə edərək, çox sayda intellektual gəncləri bir araya toplayacaq.

Qeyd edək ki, sərgi 30 noyabr saat 11:00 tarixində keçiriləcək və 2 gün davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti