...

Səfir: Azərbaycan və Qazaxıstan arasında əmtəə dövriyyəsinin həcmi ölkələrin potensialına uyğun deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2013 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir Y.Kosolapova/

Azərbaycan və Qazaxıstan arasına əmtəə dövriyyəsi 2013-cü ilin 9 ayında 209,325 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev deyib.

Səfir bildirib ki, bu həcm iki ölkənin potensialına cavab vermir və onu artırmaq lazımdır.

Qazaxıstandan Azərbaycana, əsasən, mineral resurslar (neft-qaz), kimyəvi xammal, taxıl, arpa, tütün məmulatı, elektrik avadanlıqları, əks istiqamətə isə bitum materiallarından ibarət neft məhsulları, polimer etilen, maşın və mexanizmlər üçün ehtiyat hissələri, tikinti-konstruksiya yığımları ixrac edilir.

2014-cü ildə bir sıra qarşılıqlı səfərlər gözlənilir.

Gələn ilin I rübündə hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək. 2014-cü ilin yazında Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatullin Azərbaycana səfər edəcək. Həmçinin, gələn il Milli Məclisin spikeri Oqtay Əsədovun Qazaxıstan səfəri planlaşdırılıb.

Gələn il, həmçinin ikitərəfli biznes forumlar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti