...

Azərbaycanda dən üçün payızlıq bitkilərin əkin sahəsi il ərzində 3,2 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2013 21:22 (UTC +04:00)
Təsərrüfatlarda payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.
Azərbaycanda dən üçün payızlıq bitkilərin əkin sahəsi il ərzində 3,2 faiz artıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Təsərrüfatlarda payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari il dekabrın 1-nə Azərbaycanda 934,8 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 918,3 min hektarda dən üçün payızlıq bitkilər səpilib.

Dən üçün payızlıq bitkilərin 616,7 min hektarını (67,2 faizi) buğda, 301,6 min hektarını (32,8 faizini) isə arpa təşkil edib.

2012-ci ilin müvafiq dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 3,2 faiz, o cümlədən arpanın əkin sahəsi 11,4 faiz artıb, buğdanın əkin sahəsi isə 0,4 faiz azalıb.

Payızlıq bitkilərin səpini barədə daha ətraflı məlumat aşağıdakı cədvəldə verilib:

2013-cü il (yanvar-noyabr)

2012-ci il (yanvar-noyabr)

2013-cü il 2012-ci ilə nisbətən, %-lə

Dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir - cəmi, hektar

934 811

900 069

103,9

o cümlədən dən üçün

918 296

890 041

103,2

ondan:

buğda

616 675

619 343

99,6

arpa

301 562

270 673

111,4

Xəbər lenti

Xəbər lenti