...

Azərbaycanın iri bankının və MasterCard-ın müştərilərinə mobil ödəmələr xidməti təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2013 12:54 (UTC +04:00)
Trend-in məlumatına görə, bu xidmətin köməyi ilə müştəri öz kartından POS-terminal vasitəsilə birbaşa istifadə etmədən, mobil qurğuda MobilBank proqramının menyu bəndlərindən birinin köməyi ilə ödənişi həyata keçirmək imkanı əldə edəcək.
Azərbaycanın iri bankının və MasterCard-ın müştərilərinə mobil ödəmələr xidməti təqdim olunub

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.Əliyev/

"Azericard" prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankı (ABB), MasterCard beynəlxalq ödəniş sistemi və World Telecom ticarət şəbəkəsi ilə birgə ABB-nin "MasterCard" kart sahibləri üçün cümə günü yeni "Mobile Payment" mobil ödənişlər sistemini təqdim edib.

Trend-in məlumatına görə, bu xidmətin köməyi ilə müştəri öz kartından POS-terminal vasitəsilə birbaşa istifadə etmədən, mobil qurğuda MobilBank proqramının menyu bəndlərindən birinin köməyi ilə ödənişi həyata keçirmək imkanı əldə edəcək.

"MasterCard"-ın Azərbaycan üzrə meneceri Hakan Acarın sözlərinə görə, şirkət belə həllin yüksək potensialına və perspektivlərinə inanır: "Qlobal mobil şəbəkə həm birbaşa ödənişlərin həyata keçirilməsi, həm də müştəri loyallığı sahəsində müxtəlif həllərlə ilə bağlı imkanların böyük potensialına malikdir. Biz bütün dünyada müştərilərin ehtiyaclarının təmin olunması üçün mobil ödəniş xidmətini yaratdıq və bu gün Azərbaycanda onu təqdim etməyə şadıq".

Onun sözlərinə görə, kartın sahibi öz yanında mobil telefondan başqa təhlükəsiz və sürətli ödənişin edilməsi üçün nəyəsə malik olmaya bilər: "Biz Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi "Azericard"-la əməkdaşlıq etməyə şadıq. "MasterCard" mobil texnologiyaların inkişafında gələcəkdə də aparıcı rol oynamaq niyyətindədir".

"Azericard"-ın biznesinin inkişafının departamentinin başçısı Cahangir Məmmədovun sözlərinə görə, hazırda belə ödənişlər artıq World Telecom mağazalar şəbəkəsində qəbul edilir: "Gələcəkdə tərəfdaşların şəbəkəsi təbii ki, genişlənəcək. Bundan başqa, xidmətin inkişafının sonrakı mərhələsində pulu alanın müəyyən ediləcəyi xüsusi ID-in köməyi ilə istənilən ödənişin həyata keçirilməsi mümkün olacaq".

MobilBank əsasında mobil ödənişlər müxtəlif platformalarda mobil qurğularda debet və kredit kartlardan istifadə etməyə icazə verir. Rahatlıq və təhlükəsizliyin yüksək səviyyəsi, həmçinin PIN-kodu daxil etmək və ödəniş vaxtı qəbzi imzalamaq ehtiyacının olmaması həllin üstünlükləri arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti