...

Metanol əsaslı yanacaq elementlərinin yeni nəsli təqdim olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2013 13:35 (UTC +04:00)
Metanol əsaslı yanacaq elementləri istehsalı üzrə aparıcı şirkətlərdən biri, Ballard Power Systems, telekommunikasiya bazarında istifadə üçün yeni nəsil ElectraGen™-ME ehtiyat enerji sisteminin işə salındığını elan edib.
Metanol əsaslı yanacaq elementlərinin yeni nəsli təqdim olundu

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Metanol əsaslı yanacaq elementləri istehsalı üzrə aparıcı şirkətlərdən biri, Ballard Power Systems, telekommunikasiya bazarında istifadə üçün yeni nəsil ElectraGen™-ME ehtiyat enerji sisteminin işə salındığını elan edib.

Məhsul metanol əsasında işləyir və etibarlı, davamlı, habelə texniki xidmət və təmirin daha asan olması üçün onun üzərində bir sıra təkmilləşdirmə işləri görülmüşdür. Bütün bunlar bu sistemləri dünya üzrə tətbiq edən telekommunikasiya operatorları üçün vacib üstünlüklərdir.

"Biz portfelimizə metanolla işləyən sistemlər əlavə etdiyimiz üçün, bizim məhsulların sifarişi sürətlə artır", şirkətin məhsul idarəçiliyi üzrə direktoru Toni Kokreyn deyib. "Bu yeni məhsul, daha yüksək etibarlılığı və daha sərfəli olması ilə yanacaq elementlərinin mövqeyini möhkəmlədəcək" - deyə o, vurğulayıb.

Ballard şirkətinin telekommunikasiya şəbəkələri üçün metanolla işləyən ehtiyat enerji sistemi iki xüsusi ehtiyac səbəbindən yaradılıb: Birinci - bazara etibarsız elektrik şəbəkələri ilə verilən elektrik enerjisinin müntəzəm, hətta gündəlik kəsilməsi üçün nəzərdə tutulmuş ehtiyat enerji; İkinci isə - etibarlı elektrik şəbəkələri olan bazarlar üçün nəzərdə tutulan, lakin ekstremal hava şəraiti kimi böhran vəziyyətlərində elektrik enerjisinin verilməsində yaranan uzunmüddətli fasilələr nəticəsində kəsilən ehtiyat enerji. Şəbəkələrin etibarsız olduğu Cənubi Afrika və İndoneziya, hava şəraiti və sunami problemləri olan Karib dənizi sahili ölkələr və Yaponiya bazarlarına metanol əsaslı yanacaq elementlərinin daşınmasının həcminin artmasının əsasında məhz bu təlabatlar durur.

Cihazın davamlılığı həm korroziya əleyhinə örtüyün sistemin bir çox komponentlərində geniş şəkildə istifadə olunması, həm də yanacaq səviyyəsi sensorunun və maye axını kanallarının təkmilləşdirilməsi hesabına artırılmışdır. Nəhayət, texniki xidmət və təmir, proqram təminatına əlavə funksiyalar artırmaqla yanaşı, komponentlər təkmilləşdirmişdır.

Metanol əsaslı yanacaq elementləri, yüksək enerjili yanacaq olan metanolu birbaşa elektrik enerjisinə çevirə bilən, ekoloji cəhətdən təmiz cihazlardır. Onlar, kompüter, mobil telefonlar, hərbi texnika və yanacaq elementləri ilə qidalanan, Samsung və Toshiba kimi aparıcı istehsalçılar tərfindən yaradılan digər cihazlar üçün enerji mənbəyi hesab olunurlar. Metanol əsaslı yanacaq elementləri səssiz, nisbətən aşağı tempraturda işləyirlər və hazırkı batareyalarla müqayisədə daha uzunmüddət istismar oluna bilirlər. Metanol ekoloji cəhətdən təmiz və bütün dünyada geniş istifadə oluna biləcək yanacaqdır.

Mənbə: www.azmeco.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti