...

www.icazeler.gov.az portalının xidmətlərindən 227 mindən çox istifadəçi yararlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2014 09:56 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təkcə dekabr ayında 11 minə yaxın, 2013-cü ildə isə 152 mindən çox internet istifadəçisi portalı ziyarət edib.
www.icazeler.gov.az portalının xidmətlərindən 227 mindən çox istifadəçi yararlanıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən indiyədək 227 mindən çox internet istifadəçisi yararlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təkcə dekabr ayında 11 minə yaxın, 2013-cü ildə isə 152 mindən çox internet istifadəçisi portalı ziyarət edib.

Dekabr ayında portalın istifadəçiləri arasında 24 ölkədən - Böyük Britaniya, Rusiya, ABŞ, Türkiyə, Almaniya, Ukrayna, Gürcüstan, İtaliya, BƏƏ, Fransa, Hindistan, İsveç, Avstriya, Çexiya, Bolqarıstan, İsveçrə, Yunanıstan, Yaponiya, Norveç və Çin və s. ölkələrdən olan istifadəçilər üstünlük təşkil eedib.

Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 17 dövlət qurumunun 131 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti