...

Azərbaycan və Macarıstan arasında Hökumətlərarası Komissiyanın iclası və biznes forum keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2014 13:48 (UTC +04:00)
Yanvarın 28-də Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.
Azərbaycan və Macarıstan arasında Hökumətlərarası Komissiyanın iclası və biznes forum keçiriləcək

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Yanvarın 28-də Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcəkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Macarıstan tərəfdən isə Xarici İşlər və Xarici İqtisadi Əlaqələr üzrə dövlət katibi Peter Siyartodur.

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr üzrə dövlət katibi Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Macarıstan biznes forumu da təşkil ediləcəkdir. Biznes forumda rəsmi şəxslərlə yanaşı, tikinti, İKT, kənd təsərrüfatı, qida emalı avadanlıqları, tekstil, əczaçılıq, turizm, maliyyə, alternativ enerji, daşınmaz əmlak, qablaşdırma və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti