...

Kredit azərbaycanlının həyatını dəyişdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 17:10 (UTC +04:00)
Əli Xəlilov! İndi Gəncədə hamı bu gəncdən danışır. Unibank-ın "Nissan qazan" kampaniyasının ilk qalibi Əli Xəlilov hər kəsin bankından götürdüyü ilk krediti ilə "Nissan Sunny" qazandı.
Kredit azərbaycanlının həyatını dəyişdi

Əli Xəlilov! İndi Gəncədə hamı bu gəncdən danışır. Unibank-ın "Nissan qazan" kampaniyasının ilk qalibi Əli Xəlilov hər kəsin bankından götürdüyü ilk krediti ilə "Nissan Sunny" qazandı.

Ev təmiri, taksi xidməti ilə ailəsini dolandıran Əli üçün Unibank-dan gələn zəng həyatının ən böyük hədiyyələrindən biri olub: "Xoşqədəm Hidayətqızı mənə Nissan qazandığımı xəbər verəndə, çox sevindim. Cəmi 1 ay öncə Unibank-dan aldığım kreditlə bir problemimi həll edərək, yaşayışımı xeyli yaxşılaşdırdım. Avtomobil qazandırmaqla, Unibank mənim ailəmə ruzini ruzi ardınca gətirdi. Qohumlarım, dostlarım, tanışlar - hamımız bir daha inandıq ki, Unibank qazandırır!".

Bankın dekabrın 10-dan başlayan "Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin" adlı lotereyası çərçivəsində bankın daha 2 müştərisi "Nissan" avtomobili əldə etmək şansı qazanacaq. 10 mart 2014-cü il tarixinədək Unibank-dan kredit götürən bütün müştərilər lotereya oyununun iştirakçısı olacaqlar. İkinci tirajın qalibi "Nissan Tiida", 3-cü tirajın qalibi isə "Nissan Altima" markalı avtomobilin sahibi olacaq.

Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15 "IPhone 5" telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq. Birinci tirajın qaliblərinin siyahısı Unibank.az saytında (http://unibank.az/az/about-bank/news/220/) və "525-ci qəzet"in bugünkü sayında dərc olunub.

Şərtlərə əsasən, lotereya müddətində müştərinin bankdan götürdüyü nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə, bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD-si 2 şans kimi qiymətləndirilir.

Üstəlik, hazırda kampaniya çərçivəsində kredit götürən müştərilərə 6%-dək endirim edilir.

Unibank-dan kredit götürün ki, hədiyyəniz avtomobil olsun!

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və "yaxud facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank - hər kəsin bankı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti