...

Macarıstan Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosedurunu sadələşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2014 13:12 (UTC +04:00)
Macarıstan Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosedurunu sadələşdirməyə hazırlaşır.
Macarıstan Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosedurunu sadələşdirəcək

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir A.Axundov/

Macarıstan Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosedurunu sadələşdirməyə hazırlaşır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Macarıstanın xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Piter Siyarto bildirib.

Onun sözlərinə görə, Macarıstan viza müraciətlərinin və vizaların verilməsinin emalı işlərinin autsorsinqinə müraciət etmək niyyətindədir: "Tezliklə bu işləri təkcə səfirlik deyil, şirkətlər də həyata keçirəcəklər".

Onun sözlərinə görə, Budapeştlə Bakı arasında birbaşa hava nəqliyyatının açılması iki ölkənin işgüzar, eləcə də turizm sahəsində əlaqələrinin inkişafına böyük töhfə verəcək.

Dövlət katibi onu da qeyd edib ki, Azərbaycan və Macarıstan hava nəqliyyatı sahəsində bir sıra müqavilələr hazırlayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti