...

AİB Azərbaycanda iqlim dəyişikliyinin mənfi nəticələrinin azaldılması iqtisadiyyatını təhlil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2014 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Yanvarın 27-də Bakıda Asiya İnkişaf Bankının (AİB) "Mərkəzi və Qərbi Asiyada iqlim dəyişikliyinin iqtisadiyyatı: Mənfi nəticələrin azaldılması komponenti" adlı texniki yardımı çərçivəsində milli seminar keçirilib. Bu barədə Trend-ə bankın Bakı nümayəndəliyindən məlumat verilib.

AİB-ın iqlim dəyişiklikləri üzrə baş mütəxəssisi Çinzia Losseno və bir qrup məsləhətçi tərəfindən təşkil olunmuş seminarda Energetika, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və Sənaye nazirliklərinin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyin, həmçinin qeyri-hökumət təşkilatların və inkişaf tərəfdaşların 35 nümayəndəsi iştirak edib. Texniki yardım AİB və Yaponiya hökuməti tərəfindən birgə maliyyələşdirilib.

Bankdan bildiriblər ki, Azərbaycanda emissiyaların azaldılması məqsədi ilə, əsasən də enerji səmərəliliyinin artırılması, bərpa olunan enerjidən istifadə və dayanıqlı nəqliyyatın yaradılması sektorlarında böyük investisiya cəlb etmək üçün əhəmiyyətli imkanlar mövcuddur, lakin ölkə bu potensial və bu proseslə bağlı xərclər haqqında məhdud informasiyaya malikdir. Bu texniki yardım vasitəsilə istixana qaz emissiyalarının azaldılması, nəqliyyat və enerji sektorlarında səmərəli investisiya variantlarının hazırlanması üçün siyasət və texnologiyaların müəyyən ediləcəyi və emissiyaların azaldılması ssenariləri üçün ən müasir təcrübə haqqında milli tərəfdaşlara təlimlər keçiriləcəyi nəzərdə tutulur.

Keçirilən milli seminar regional proqramın tərkib hissəsidir. Bu proqram qarşısında aşağıdakı məqsədlər qoyulub: regionda istixana qaz emissiyalarının azaldılmasının dəyərini və faydasını qiymətləndirmək; Azərbaycan, Qazaxıstan və Özbəkistanda mənfi nəticələrin azaldılması məqsədilə prioritet sahələr üçün aşağı-karbon inkişaf investisiya təklifləri hazırlamaq.

AİB-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono açılış nitqində bildirib: "Asiya İnkişaf Bankı iqlim dəyişikliyindən irəli gələn problemləri həll etməyə çalışan regionun səylərini dəstəkləməkdə davam edir. Misal üçün, bankın təmiz enerji proqramı 2005-ci ildən 2012-ci ilədək 600 milyon dollardan təxminən 2,3 milyard dollara qədər artıb".

Manilada yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən davamlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasına çalışır. AİB 1966-cı ildə yaradılıb və 67 üzv ölkədən ibarətdir - onlardan 48-i regiona məxsusdur. 2012-ci ildə AİB-in ümumi yardımı 21,6 milyard dollar olub, o cümlədən 8,3 milyard dollar birgə maliyyələşdirməyə yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti