...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2014 10:07 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Əliyev/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0, 78426 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

27 yanvar

0,7843

3 fevral

0,7843

28 yanvar

0,7843

4 fevral

0,7843

29 yanvar

0,7843

5 fevral

0,7843

30 yanvar

0,7842

6 fevral

0,7843

31yanvar

0,7842

7 fevral

0,7843

Həftə ərzində orta

0,78426

Həftə ərzində orta

0,7843

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7835 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 3-də 0,584 milyon dollar; fevralın 5-də 5,048 milyon dollar, fevralın 7-də 1,368 milyon dollar olub. Fevralın 4-də və 6-da isə sövdələşmələr bağlanmayıb.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

27 yanvar

0,7835

3 fevral

0,7830

28 yanvar

0,7835

4 fevral

0,7830

29 yanvar

0,7835

5 fevral

0,7830

30 yanvar

0,7835

6 fevral

0,7830

31yanvar

0,7830

7 fevral

0,7830

Həftə ərzində orta

0,7834

Həftə ərzində orta

0,7830

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti