...

Azərbaycan yeni Milli Hesablar Sisteminə keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2014 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir H.Vəliyev/

Dövlət Statistika Komitəsi 2008-ci il Milli Hesablar Sisteminə (MHS-2008) keçəcək ki, bu da birləşmiş iqtisadi statistikanı yaratmağa imkan verəcək. Trend-in məlumatına görə, bu barədə 2013-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında Komitənin Məlumatın yayılması şöbəsinin müdiri Meri Əmirova bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda istifadə olunan 1993-cü il MHS-nin bəzi müddəaları xeyli dəyişikliklərə məruz qalıb: "Yeni Milli Hesablar Sisteminə keçid zamanı ölkəyə edilən tövsiyələrdən biri ondan ibarətdir ki, əsas diqqəti məlumatların toplanması metodlarının unifikasiyasına və 4 elementə ayırmaq lazımdır: yekdillik, ardıcıllıq, genişlik və əhatə dərinliyi".

M.Əmirova deyib ki, MHS-2008 daha təkmildir və bütün dünyada qəbul edilir: "DSK-nın müvafiq şöbəsi artıq bu məsələlərlə məşğul olacaq. Çox güman ki, biz yaxın vaxtlarda yeni metodologiyaya keçəcəyik".

MHS-2008 siyasət, təhlil və elmi araşdırmaların işlənib hazırlanması zamanı istifadə olunan hərtərəfli, sistemləşdirilmiş və çevik makroiqtisadi hesablamaları özündə birləşdirən statistik bazadır. Bu nəşr BMT, Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı qrupunun himayəsi altında hazırlanır və buraxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti