Azərbaycan, Bakı, 6 mart /Trend/
"Bank of Baku" 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Bolkart sahibləri üçün "Xanımlara müjdə" kampaniyası elan edir.
Bankdan Trend-ə verilən məlumata görə, yalnız bir gün, 8 mart tarixində Bolkart sahibləri kartları ilə hər hansı məhsulu alıb, onun dəyərini 8 ay ərzində bərabər hissələrlə ödəmək imkanı qazanır.
Beləliklə, Bolkart sahibi yalnız 3 və ya 6 aylıq ödənişli mağazada 8 mart tarixində alış-veriş edəcəyi təqdirdə, malın dəyərini 8 aya bölüb daha rahat ödəyəcək. Bu kampaniya yalnız parfüm, geyim, ayaqqabı, aksesuar mağazaları üçün keçərlidir.
Bolkartın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin siyahısı burada: http://www.bolkart.az/?/az/stores/
Hazırda 200.000-dən çox Azərbaycan vətəndaşı Bolkartdan gündəlik istifadə edir.
Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder
Ətraflı məlumat: www.facebook.com/Bolkart