...

DB: Azərbaycanda ortamüddətli perspektivdə maliyyələrə çıxışın yeni alternativ yolları yaranacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2014 12:45 (UTC +04:00)
Kapital bazarı iştirakçıları üçün yeni Treninq Mərkəzinin yaradılması Azərbaycanın qiymətli kağızlar bazarında etibarlılığı artıracaq.
DB: Azərbaycanda ortamüddətli perspektivdə maliyyələrə çıxışın yeni alternativ yolları yaranacaq

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir A.Axundov/

Kapital bazarı iştirakçıları üçün yeni Treninq Mərkəzinin yaradılması Azərbaycanın qiymətli kağızlar bazarında etibarlılığı artıracaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dünya Bankının (DB) Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko Treninq Mərkəzinin açılışında bildirib.

Treninq Mərkəzi Azərbaycanda kapital bazarının modernləşdirilməsi üzrə DB-nin layihəsi çərçivəsində yaradılıb.

L.Leşenko deyib: "Dünyanın ən müvəffəqiyyətli ölkələri üç əsas komponentə, yəni institusional inkişafa, infrastruktura və insan kapitalının inkişafına sərmayə qoyaraq iqtisadiyyatın şaxələndirilməsinə nail olublar. Treninq Mərkəzinin açılışı bütün bu komponentlər üzrə işi özündə birləşdirəcək".

Onun sözlərinə görə, mərkəzin işi habelə Azərbaycanda ortamüddətli perspektivdə maliyyələrə çıxışın yeni alternativ yollarının meydana çıxmasına imkan verəcək: "Bu gün ölkədə iqtisadiyyatın şaxələndirilməsi üçün maneələrdən biri maliyyələrə çıxışın məhdud olmasıdır. İndi bir il müddətinə yüksək faizlə pul əldə etmək çətin deyil, lakin bu, real sektora lazım olan deyil".

Sonda Bakı nümayəndəliyinin rəhbəri DB-nin iqtisadiyyatın şaxələndirilməsinin 3 əsas tərkib hissəsinin inkişafı üzrə hökumətin səylərinə yardım etməyə hazır olduğunu bir daha bəyan edib.

Qeyd edək ki, DB kapital bazarının modernləşdirilməsi layihəsinin reallaşdırılması üçün Azərbaycana 15,8 milyon dollar həcmində kredit ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti