...

Şahin Mustafayev: Azərbaycan idxal-ixrac əməliyyatlarını liberallaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2014 19:21 (UTC +04:00)
İdxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün Azərbaycan sahibkarlarına cəmi 2 sənəd tələb olunacaq. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəsmi mətbuatda dərc edilən müsahibəsində deyilir.
Şahin Mustafayev: Azərbaycan idxal-ixrac əməliyyatlarını liberallaşdırır

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Əliyev/

İdxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün Azərbaycan sahibkarlarına cəmi 2 sənəd tələb olunacaq. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəsmi mətbuatda dərc edilən müsahibəsində deyilir.

Nazir bildirib: "Məlum olduğu kimi, idxal-ixrac əməliyyatlarının aparılmasının liberallaşdırılması sahəsində islahatlar nəticəsində 2009-cu il yanvarın 1-dən etibarən Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi tətbiq edilib, yeni Gömrük Məcəlləsinin tətbiqi ilə idxal-ixrac əməliyyatları sahələrində inzibati prosedurlar daha da sadələşdirilib".

Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli fərmanına müvafiq olaraq, Nazirlər Kabinetinə idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflər hazırlamaq tapşırılıb.

Ş.Mustafayevin sözlərinə görə, dövlət başçısının fərmanına uyğun olaraq, bu sahədə islahatlar davam etdiriləcək: "Belə ki, bir sıra normativ-hüquqi aktlara dəyişiklik edilməklə idxal-ixrac zamanı gömrük nəzarətinin həyata keçirilməsi üçün cəmi 2 sənəd (nəqliyyat sənədi və bəyannamə) tələb olunacaq. Bununla da tələb olunan sənədlərin sayı idxalda 11-dən 2-yə, ixracda isə 8-dən 2-yə endiriləcək. Ümumilikdə isə tələb olunan sənədlərin sayı 19-dan 4-dək azalacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti