...

Səlim Müslümov: Azərbaycanda ünvanlı yardım almaq üçün bank kartlarını tamamilə dəyişmək lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2014 15:35 (UTC +04:00)
Azərbaycanda ünvanlı sosial yardım (ÜSY) alanlar yeni bank kartları alacaqlar. Trend-in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Səlim Müslümov: Azərbaycanda ünvanlı yardım almaq üçün bank kartlarını tamamilə dəyişmək lazımdır

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir A.Axundov/

Azərbaycanda ünvanlı sosial yardım (ÜSY) alanlar yeni bank kartları alacaqlar. Trend-in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib: "Biz bir müddət əvvəl sosial müdafiə mərkəzlərinin rəhbər və əməkdaşlarına xəbərdarlıq etdik ki, ÜSY üçün bütün kartlar sahiblərinə 3 ay ərzində verilməlidir. Lakin daxil olan şikayətlər göstərir ki, hələ də bu kartların gizlədilməsi halları var. Buna görə də bu faktları tam aradan qaldırmaq üçün tender keçirmək və kartları tamamilə dəyişmək lazımdır".

S.Müslümovun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni plastik kartların hazırlanmasına dair açıq tender elan edib: "Tenderdə bütün banklar iştirak edə bilər".

Qeyd edək ki, 2014-cü il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 135 min ailə ÜSY alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti