...

Azərbaycan yanvar-fevral aylarında avtomobil idxalını 6 faiz azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2014 09:00 (UTC +04:00)
Azərbaycan 2014-cü ilin yanvar-fevral aylarında 13 162 ədəd avtomobil idxal edib.
Azərbaycan yanvar-fevral aylarında avtomobil idxalını 6 faiz azaldıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycan 2014-cü ilin yanvar-fevral aylarında 13 162 ədəd avtomobil idxal edib. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu rəqəm 2013-cü ilin müvafiq dövründə 14 091 ədəd olub.

İdxal edilən avtomobillərin 11 998-i insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-ci ilin yanvar-fevralında bu göstərici 12 856 ədəd təşkil edib.

Azərbaycan 2013-cü ildə 104 385 ədəd avtomobil idxal edib. Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci ildə bu göstərici 89 652 ədəd təşkil edib.

Bundan başqa, yanvarda ölkəyə 512 yük avtomobili idxal edilib. 2013-ci ilin eyni dövründə bu rəqəm 452-yə bərabər olub. Yanvarda idxal edilən avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələri olub.

2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal edilib. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti