...

Yeni “Fresco” supermarketi Novxanıda açıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2014 10:16 (UTC +04:00)
Yeni “Fresco” supermarketi Novxanıda açıldı.
Yeni “Fresco” supermarketi Novxanıda açıldı

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Çimərlik mövsümünün açılışı ərəfəsində"Fresco" öz alıcıları üçün sürpriz hazırlayıb. Sahilyanı ərazidə, Novxanı qəsəbəsində ticari sahəsi 1000 m² olan yeni mağaza açıldı.

Zəngin seçim

Yeni "Fresco" supermarketində alıcıları təkrar gəlişə sövq edən təzə məhsulların satışına üstünlük verilir. Xüsusilə, bu mövsümdə geniş meyvə və tərəvəz seçimləri ön plandadır. Bundan başqa yenicə bişirilmiş çörəklər, tortlar, müxtəlif növ un məmulatları, təzə ət və digər məhsullar müştərilərə təqdim edilir.
Xüsusilə tələbkar alıcılar, dadlı yemək və içkiləri sevənlər delikates və nəfis şərablar bölmələrində zövqlərini oxşayan məhsullar tapa bilərlər."Fresco" supermarketində təkçə çeşidə görə deyil, həm də istehsalçı ölkəyə və ya brendə əsasasən məhsullar tapmaq mümkündür.

Avropa keyfiyyəti

Yeni mağazada lazımi məhsulun axtarışı üçün vaxt itirmək lazım deyil, belə ki, hər şey ən yeni riteyl texnologiyası və avropa keyfiyyət standartları ilə işləyir. Azərbaycan ənənələrinə sadiq qalaraq, mağazanın işçiləri alınan malları çəkməyə, qablaşdırmağa və daşımağa kömək edir.
"Fresco" supermarketlərində həmişə isti, işıqlı atmosfer mövcuddur. Satıcılar öz işini sevir və alıcılara qarşı çox diqqətlidirlər. Çimərliyə gedərkən, yaxud çimərlikdən evə qayıdarkən, yeni supermarketdə alış-veriş sizin üçün ailə ilə keçirilən istirahət gününün və ya dostlarla istirahətin xoş bir parçasına çevrilə bilər.

Ən yaxşı qiymətlər

Açılış günü 11 aprel tarixində yeni "Fresco" supermarketində alıcıları hədiyyələr və məhsulların bir çoxlarına xüsusi qiymət təklifləri gözləyir. Endirimlər xüsusi tablolarda və lövhələrdə qeyd olunub. Bu endirimlər ilk müştərilərə alış-veriş zamanı xeyli miqdarda qənaət etmək fürsəti verir.

"Fresco" supermarketinə bir neçə dəfə gəlməyi planlaşdıran istənilən alıcı diskont-yığım kartı əldə edə bilər. Kart sistemi supermarket şəbəkəsində artıq uzun müddətdir işləyir və"Fresco"ya bu üsulla öz loyal müştərilərinə minnətdarlıq bildirmək imkanı verir. Alınan malların müqabilində kartda bonuslar yığılır. Bonus məbləği bütün "Fresco" supermarketlərində növbəti alış-veriş zamanı endirimlər əldə etməyə imkan verir.

Arayış:

"Fresco" - Azərbaycan bazarında tələbkar müştərilər arasında əlçatan və keyfiyyətli brend mövqeyi tutmağa iddia edən birsupermarketlər şəbəkəsidir. Yeni"Fresco" supermarketiAzərbaycanda 2010-cu ildən fəaliyyət göstərən Azeri Retail şirkətinin ticarət şəbəkəsinə daxil olmuş dördüncü supermarketdir. Yeni "Fresco"supermarketlər şəbəkəsi üçün ən vacib məqsəd kimi malların təzəliyi, yeniliklər, keyfiyyət, personalın mehribanlığı və ən yaxşı qiymətlər seçilmişdir.

Yeni "Fresco" supermarketinin ünvanı:
Novxanı qəsəbəsi, Novxanı şosesi (polis idarəsi ilə üzbəüz)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti