...

"Buta Sığorta" səhmlərin satışına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2014 14:50 (UTC +04:00)
Aprelin 23-dən etibarən Bakı Fond Birjasında (BFB) "Buta Sığorta" ASC-nin 4 milyon manat həcmində qeydiyyata alınmış adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi başlayır.
"Buta Sığorta" səhmlərin satışına başlayır

Azərbaycan, Bakı, 21 aprel/Trend/

Aprelin 23-dən etibarən Bakı Fond Birjasında (BFB) "Buta Sığorta" ASC-nin 4 milyon manat həcmində qeydiyyata alınmış adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi başlayır.

Trend-in bazar ertəsi BFB-yə istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 20 manat olan 200 min səhm buraxılacaq. Sövdələşməni anderreyteri qismində "Çelsi Kapital" çıxış edir.

Məlumatda deyilir: "Şirkət səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib".

Səhmlərin emissiyasının yerləşdirmə müddəti 2015-ci il martın 1-dən müəyyənləşdirilib.

Emissiya yerləşdirildikdən sonra şirkətin nizamnamə kapitalı indiki 7,3 milyon manatdan 11,3 milyon manatadək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti