...

Azərbaycan AİB Rəhbərlər Şurasının 47-ci illik toplantısında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2014 11:00 (UTC +04:00)
2-5 may tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 47-ci illik toplantısı keçiriləcək.
Azərbaycan AİB Rəhbərlər Şurasının 47-ci illik toplantısında iştirak edəcək

Azərbaycan, Bakı, 1 may /Trend/

2-5 may tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 47-ci illik toplantısı keçiriləcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda Azərbaycanın maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edəcək.

"Dəyişən dünya ilə Asiyanı birləşdirən İpək Yolu" devizi altında keçirilən illik toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyətinin nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 3 min nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.

Astanada beynəlxalq toplantının keçirildiyi günlərdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək 48-ci illik toplantısına ev sahibliyi edəcək Azərbaycanın tanıtımı məqsədi ilə ayrıca pavilyon qurulacaq və "Azərbaycan günü" adlı tədbir keçiriləcək.

1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 22 dekabr 1999-cu ildə üzv qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti