...

"Bank of Baku"dan bütün yeni əmanətçilərə +1% HƏDİYYƏ kampaniyası!

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2014 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend/

"Bank of Baku" vəsaitlərini etibarlı şəkildə qorumaq və əlavə gəlir əldə etmək istəyən şəxslər üçün "Pullar bankda daha gəlirlidir: əmanətə +1% HƏDİYYƏ" əmanət aksiyasına start verir.

Bankdan Trend-ə verilən məlumata görə, sərfəli əmanət kampaniyası bol üstünlüklərə malikdir.

Kampaniyanın və depozitin əsas üstünlükləri bunlardır:

• əmanət açan yeni müştəriyə bankdan əlavə olaraq +1% hədiyyə edilir. Beləliklə, müddətindən asılı olmayaraq hər müştəriyə standart əmanət faizinə əlavə olaraq + 1% təyin edilir;
• əmanəti müddətin yarısınadək artırmaq imkanı;
• əmanəti məhdudiyyətsiz azaltmaq imkanı;
• əmanət üzrə məbləğin 90%-dək sərfəli faizlə pul krediti almaq imkanı;
• faizləri aylıq və ya müddətin sonunda almaq imkanı;
• əmanətin AZN, ABŞ dolları və avroda yerləşdirilməsi imkanı;
• minimal məbləğ - 100 AZN.

Əmanət üzrə FAİZ CƏDVƏLİ burada: http://www.bankofbaku.com/az/deposits/dinamik-amanati/

Kampaniya 07.05.2014 - 20.06.2014 tarixlərində etibarlıdır.

"Bank of Baku"da əmanət açan müştərilər bankın "Əmanət Klubu"nun müxtəlif güzəşt və imtiyazlardan da faydalana bilər. "Əmanət Klubu"nun bonusları kampaniyadan asılı olmayaraq daimidir.

"Əmanət Klubu" barədə daha ətraflı: http://www.bankofbaku.com/az/loyalty-club/emanet-klubu/

"Bank of Baku"nun əmanət portfelinin cəmi cari ilin 1 may tarixinə olan məlumata görə 349 mln. manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının qərarı ilə Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 10%-dək (30.000 manata qədər) təyin olunub.

Ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com/
www.facebook.com/bankofbaku
www.gomap.az/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti