...

Bakı Fond Birjasının dövriyyəsi il ərzində iki dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2014 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Əliyev/

2014-cü ilin yanvar-aprel aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,25 dəfə artaraq 4,81 milyard manat təşkil edib. Bu barədə Trend BFB-yə istinadən məlumat verir.

Apreldə qiymətli kağızlar bazarı ötən ilin eyni ayına nisbətən 51,19 faiz artıb.

Ölkənin fond bazarının belə artımı korporativ qiymətli kağızlar bazarının 357,58 faiz artması hesabına baş verib.

Dövlət qiymətli kağızlar bazarının həcmi apreldə təqribən 312,89 milyon manat, korporativ kağızlar bazarının dövriyyəsi isə 496,24 milyon manat təşkil edib.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2014-ci ilin aprel ayı):

Bazarın seqmentləri

2014-cü il apreldə

2013-cü il aprel

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə

8 121 665.00

49

14 287 000.00

27

56,85%

Korporativ istiqrazlar - (təkrar bazar)

20 732 764.34

298

21 113 573.60

39

98,20%

Səhmlər - (yerləşdirmə)

466 837 139.88

832

102 650 046.56

136

454,79%

Səhmlər - (təkrar bazar)

552 204.10

744

726 003.12

1 175

76,06%

KQK bazarı cəmi

496 243 773.32

1 923

138 776 623.28

1 377

357,58%

Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2014-ci ilin aprel ayı):

Bazarın seqmentləri

2014-cü il apreldə

2013-cü il aprel

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə)

0.00

0

0.00

0

-

Dİ (AR MN) -

(təkrar bazar)

200 051.16

6

0.00

0

-

Notlar (AR MB) - (yerləşdirmə)

24 980 024.91

29

32 085 727.13

57

77,85%

Notlar (AR MB) -

(təkrar bazar)

132 913 431.00

17

0.00

4

-

Repo əməliyyatları

154 796 175.97

256

364 322 088.60

155

42,49%

DQK bazarı cəmi

312 889 683.04

308

396 407 816

216

78,93%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK- Korporativ qiymətli kağızları

Məqalədə:
Xəbər lenti

Xəbər lenti