...

Bakı-Minsk-Bakı maşrutu üzrə aviareyslər bərpa edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2014 16:48
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarələri mayın 20-dən Belarusun paytaxtı Minsk şəhərinə uçuşları bərpa ediblər.
Bakı-Minsk-Bakı maşrutu üzrə aviareyslər bərpa edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarələri mayın 20-dən Belarusun paytaxtı Minsk şəhərinə uçuşları bərpa ediblər. Bu barədə Trend BELTA-ya istinadən məlumat verir.

Bakı-Minsk-Bakı aviareysləri aviaşirkət tərəfindən 2007-2011-ci illərdə yerinə yetirilmiş, bundan sonra isə reyslərin icrası dayandırılmışdı.

Mayın 20-dən AZAL-a məxsus "Airbus-319" təyyarəsi Minskə həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri müntəzəm reyslər həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti