...

AZAL Rusiyanın bir sıra şəhərlərinə aviareyslər açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2014 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 20-dən Rusiyanın 4 şəhərinə yeni uçuşların yerinə yetirilməsinə başlayıb.

Trend QSC-nin rəsmi saytına istinadən məlumat verir ki, AZAL təyyarələri həftədə iki dəfə (çərşənbə və şənbə günləri) Kazan, Nijni-Novqorod (çərşənbə və şənbə günləri), Perm (çərşənbə axşamı və cümə günləri) və Rostov-na-Donuya (çərşənbə axşamı və cümə günləri) reyslər həyata keçirəcəklər.

Tezliklə həftədə 2 dəfə Bakı-Minsk-Bakı istiqamətindəki müntəzəm uçuşlar (çərşənbə və bazar günləri) da bərpa olunacaq.

Həmçinin, mayın 20-dən Bakı-Moskva-Bakı istiqamətində gündəlik uçuşların sayı 4-ə çatdırılır:

Bakıdan Moskvaya uçuş: saat 06:40, 10:40, 15:15 və 20:00-da
Moskvadan Bakıya uçuş: saat 09:50, 14:40, 19:00 və 23:35-də

Bundan başqa, AZAL 22 iyun 2014-cü il tarixindən etibarən Gəncə-Mineralnıye Vodı-Gəncə istiqamətində müntəzən uçuşların yerinə yetirilməsinə başlayacaq.

Gəncədən uçuş saat 16:20, Mineralnıye Vodıda eniş 16:30, Mineralnıye Vodıdan uçuş saat 17:30, Gəncədə eniş isə saat 19:35-də həyata keçiriləcək.

Uçuşlar müasir və komfortlu "Embraer tipli hava gəmiləri ilə bazar günləri icra olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti