...

Azərbaycanda Gömrük Akademiyası açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2014 13:51
Azərbaycan Gömrük Akademiyası sentyabrda fəaliyyətə başlayacaq. Bunu çərşənbə günü Trend-ə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
Azərbaycanda Gömrük Akademiyası açılacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Z.Qurbanova/

Azərbaycan Gömrük Akademiyası sentyabrda fəaliyyətə başlayacaq. Bunu çərşənbə günü Trend-ə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbələrin seçimini aparacaq: "Biz qarşıdakı tədris ilində 40 tələbəni qəbul etməyə hazırıq. Onlar gömrük sahəsinin özəllikləri nəzərə alınmaqla iqtisadi və digər fakültələrdə təhsil alacaqlar".

A.Əliyev qeyd edib ki, akademiyanın fəaliyyət göstərməsi üçün zəruri infrastruktur hazırdır: "Biz artıq hazırlıq işlərini yekunlaşdırırıq. Müəllim heyətinə gəlincə, birinci mərhələdə onlar yerli mütəxəssislər olacaqlar, gələcəkdə isə xaricdən müəllimlər dəvət ediləcək. Biz eyni zamanda, xarici ekspertləri mütəmadi olaraq ali məktəbə dəvət etmək niyyətindəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti