...

Ərdoğan: Yerli avtomobillərin istehsalını sürətləndirmək lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2014 09:35 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yerli avtomobillərin istehsalının sürətləndirilməsi barədə göstrəriş verib.
Ərdoğan: Yerli avtomobillərin istehsalını sürətləndirmək lazımdır

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yerli avtomobillərin istehsalının sürətləndirilməsi barədə göstrəriş verib. Trend xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti yazır.

Onun sözlərinə görə, bəziləri Türkiyə üçün yerli avtomobil istehsalının vacibliyinə şübhə edir: "Əminliklə söyləmək olar ki, yerli avtomobil istehsal etməyin vaxtı çatıb".

Baş nazir qeyd edib ki, Türkiyə ən yeni texnologiyaları yalnız istifadə etməli deyil, həm də yaratmalıdır.

Daha əvvəl Ərdoğan bəyan etmişdi ki, Ankara yerli avtomobil istehsalı prosesini sürətləndirəcək.

Türkiyə avtomobil istehsalı üzrə Avropada 6-cı yer tutur. Ölkədə "Ford", FIAT, "Renault", "Toyota", "Honda", "Opel", "Hyundai", "Mercedes-Benz" və MAN markalı avtomobillər yığılır. Bundan əlavə, Türkiyədə yerli BMC, "Temsa" və "Otokar" markalı avtobuslar da istehsal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti