...

Elman Mehdiyev: DSMF-nin qeyri-büdcə daxilolmaları 13,6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 16:23 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların payı artmaqdadır. Bu artım xüsusən qeyri-büdcə təşkilatları üzrə yığımlarda müşahidə edilir.
Elman Mehdiyev: DSMF-nin qeyri-büdcə daxilolmaları 13,6 faiz artıb

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların payı artmaqdadır. Bu artım xüsusən qeyri-büdcə təşkilatları üzrə yığımlarda müşahidə edilir. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, bu barədə DSMF-nin sədri Elman Mehdiyev bildirib.

DSMF sədri deyib ki, 2014-ci ilin ilk 5 ayının nəticələrinə görə, Fondun topladığı məcburi dövlət sosial sığorta haqları 664,7 milyon manat olub ki, bunun da 64,7 faizi və yaxud 430,1 milyon manatı qeyri-büdcə təşkilatları üzrə daxilolmalardır: "Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 11,8 faiz artıb, qeyri-büdcə təşkilatları üzrə artım isə 13,6 faiz olub".

E.Mehdiyev qeyd edib ki, qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkəmizdəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına təmin olunub: "Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Cari ilin ilk 5 ayı ərzində pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 1166,4 milyon manat vəsait yönəldilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 154,1 milyon manat və ya 15,2 faiz çoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti